Şəxsi qovrulma Kolumbiya kofesi
Ləzzətli təamlar və unikal desertlər
Xoş
ab-hava
Yüksək xidmət standartları
Kofe sözü CoffeeLea brendinin ayrılmaz bir hissəsidir. Birbaşa Kolumbiyadan gətizdirilmiş və kofe dənəciklərinə dolğun dad və zəngin ətir bəxş edən unikal üsul ilə qovrulmuş kofemiz ən tələbkar müştərini belə biganə qoymayacaq.
CoffeeLea filiallarının interyerində istifadə olunan işıqlandırma, rənglər, mebel və müxtəlif stilistik işləmələr qonaqlarımızın məkanımızda keçirdikləri istirahətdən zövq almaları üçün düşünülüb yaradılmışdır. Daima yenilənən playlistimiz isə istirahətinizə xüsusi dad qatacaq.
Keyfiyyətli və yüksək standartlı xidmət brendimizin fəlsəfəsinin bünövrəsində dayanır. Müştərilərimizdən əldə olunan rəylər keyfiyyət departamenti tərəfindən daima təhlil olunur və xidmət səviyyəsini artırmaq üçün istifadə edilir.